...

Dekarbonizasiya Azərbaycanın iqtisadi dayanıqlılığı üçün həlledici əhəmiyyət kəsb edir - IFC

İqtisadiyyat Materials 16 Fevral 2023 15:21 (UTC +04:00)
Dekarbonizasiya Azərbaycanın iqtisadi dayanıqlılığı üçün həlledici əhəmiyyət kəsb edir - IFC
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dekarbonizasiya Azərbaycanın iqtisadi dayanıqlılığı üçün həlledici əhəmiyyət kəsb edir.

Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşeh Trend-ə özəl mühasibəsində deyib.

Karadşeh Azərbaycanın son 30 ildə gəlirin orta səviyyədən yüksək olduğu ölkəyə çevrildiyini və artıq Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə ən kasıb ölkələtə yardım etdiyini vurğulayıb.

"Azərbaycanın iqtisadi artımı neft-qaz sektoru ilə şərtlənib. Bu sektor 2021-ci ildə ölkənin ixrac gəlirlərinin təqribən 90 faizini təşkil edib. Lakin bütün dünyada neft-qaz ehtiyatları tükənmək üzrədir ki, bu da xüsusən geosiyasətdə və regionun enerji sistemlərindəki ciddi dəyişikliklərlə əlaqədar qiymətlərdə dəyişikliyə səbəb olur. Bundan başqa, ölkənin neft-qaz resurslarının səviyyəsindən asılı olmayaraq, ümumi dayanıqlılıq üçün enerji mənbələrinin diversifikasiyası vacibdir. Dekarbonizasiya həlledici rol oynayır. Bu prosesi sürətləndirmək lazımdır. Neft təkanverici qüvvə olaraq qalsa da, qeyri-neft iqtisadiyyatının optimallaşdırılması ölkə gündəmində mühüm yer tutur. 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri rəqabət qabiliyyətinin və özəl sektorun imkanlarından istifadə etməklə dayanıqlı iqtisadiyyatın dəstəklənməsinə yönəlib", - IFC-nin regional direktoru əlavə edib.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti