...

AgroStar ECOSA-ya üzv oldu

İqtisadiyyat Materials 17 Fevral 2023 15:07 (UTC +04:00)
AgroStar ECOSA-ya üzv oldu

Bakı. Trend:

Azərbaycanın kənd təsərrüfatı sahəsi üzrə AgroStar şirkəti daha bir ciddi uğura imza atıb.

Bu barədə Trend-ə AgroStar şirkətinin baş direktoru Mədinə Əliyeva deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrini özündə birləşdirən ECOSA təşkilatına ilk dəfə Azərbaycandan AgroStar şirkəti üzv olaraq qəbul edilib. Bununla bağlı ECOSA İdarə Heyətinin sədri Yıldıray Gençer şirkətə üzvülüklə bağlı rəsmi məktub ünvanlayıb.

Mədinə Əliyeva bildirib ki, ECOSA-ya üzv olan ölkələr kənd təsərrüfatının bütün sahələrində istehsalın iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsində, müasir texnologiyadan istifadə, yüksək və keyfiyyətli toxumların əldə olunmasında, regional və beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasında böyük rol oynayırlar. Ümumiyyətlə isə ECOSA-ya üzv olan şirkətlər beynəlxalq əlaqələrin daha yaxşılaşdırılması, maliyyə resurslarına çıxışının sürətləndirilməsi, gələcəkdə qarşılaşa biləcəkləri problemlərin həllinə birlikdə köməklik göstərirlər.

Qeyd edək ki, ECOSA 2009-cu ildə toxum ticarətini inkişaf etdirmək məqsədilə yaradılıb. Hazırda təşkilata Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan,Əfqanıstan, Türkmənistan, Tacikistan və Özbəkistan ölkələri üzvdürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti