...

Azərbaycanda sənaye istehsalının 90 faizə qədəri Bakının payına düşür

İqtisadiyyat Materials 1 Mart 2023 19:00 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalının 90 faizə qədəri Bakının payına düşür
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye istehsalının 90 faizə qədəri Bakının payına düşür.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ildə Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,1 faiz azalaraq 86,0 milyard manat təşkil edib.

Sənaye istehsalı həcminin böyük hissəsi Bakının payına düşüb. Belə ki, 2022-ci ildə Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 75,2 milyard manat təşkil edib.

Sənaye məhsulunun 85,2 faizi mədənçıxarma, 12,8 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,4 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti