...

USAID Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük potensial görür - missiya direktoru

İqtisadiyyat Materials 2 Mart 2023 13:30 (UTC +04:00)
USAID Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük potensial görür - missiya direktoru
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

USAID Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük potensial görür.

Trend-in məlumatına görə, bu barədə bu gün USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nirbas "Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfransda çıxışında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda kiçik və orta müəssisələr böyük sayda iş yerləri təmin edir.

"USAID Azərbaycanda inklüziv maliyyələşdirmənin, həmçinin rəqabətin formalaşmasını və dəstəklənməsini qarşısına məqsəd olaraq qoyub. Biz təkcə kiçik və orta sahibkarlığa deyil, həm də qadın sahibkarlara dəstək platformasının yaradılması üzərində çalışırıq", - o deyib.

M.Nirbas USAID-in KOB subyektləri üçün alternativ maliyyə mənbələrinin, habelə inklüziv sahibkarlığın reallaşdırılmasının bir hissəsinə çevrilməyə məmnuniyyətlə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti