...

Azərbaycanlı qadın sahibkarlar elektron ticarətə keçir - Visa

İqtisadiyyat Materials 8 Mart 2023 09:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda qadın sahibkarlar tədricən elektron ticarətə keçir və rahat, etibarlı rəqəmsal ödənişlərdən istifadə edirlər.

Bu barədə Trend-ə Visa beynəlxalq ödəniş sisteminin mətbuat xidmətindən bildirilib.

Şirkət bildirib ki, azərbaycanlı qadın sahibkarları biznesə başlamaq üçün əsas motivasiya “gəlir artırmaq” (41 faiz) və “arzusunu həyata keçirmək”dir (24 faiz).

“Sahibkar qadınlar deyirlər ki, biznesə başladıqda və idarə edərkən ən böyük problem kapitalın artırılmasıdır (45 faiz), onların 23 faizi rəqabətin yüksək olduğunu düşünür", - deyə qeyd olunub.

Həmçinin qeyd olunub ki, Azərbaycanda nağdsız ödənişlər 50 faiz, nağd ödənişlər 41 faiz təşkil edir.

"Müştərilər əsasən kartla ödəniş edirlər. Azərbaycanlı qadın sahibkarların yarısı isə mal və xidmətlərinin haqqını kartla ödəməyə üstünlük verdiklərini bildiriblər", - Visa əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti