...

Bakıda sənaye istehsalının əsas faizi dağ-mədən sektorunun payına düşüb

İqtisadiyyat Materials 30 Mart 2023 12:12 (UTC +04:00)
Bakıda sənaye istehsalının əsas faizi dağ-mədən sektorunun payına düşüb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Bakı şəhərində sənaye istehsalında mal və xidmətlərin həcmi 11 milyard manat təşkil edib.

Trend bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bunlardan 84,1 faizi dağ-mədən sənayesinin, 13,2 faizi emal sənayesinin, 2,1 faizi elektrik enerjisi, qaz və buxarın istehsalı, bölgüsü və təchizatının, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb. Sənayedə özəl sektorun payı 89,7 faiz təşkil edib. Ümumi istehsal həcmində sənaye məhsullarının payı 94,2 faiz, sənaye xidmətlərinin göstərilməsi isə 5,8 faiz təşkil edib

1 mart 2023-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 499,5 milyon manat dəyərində hazır məhsul ehtiyatları mövcud olub.

Qeyd edək ki, sənaye müəssisələrinin anbarlarında həmçinin digər müəssisələrdən satın alınmış və satış üçün nəzərdə tutulmuş 49,5 milyon manat dəyərində digər mallar olub.

Xatırladaq ki, 2022-ci ildə Bakı şəhərində sənaye istehsalında mal və xidmətlərin həcmi 75,2 milyard manat olub, 2022-ci ildə Bakı şəhərində ticarət dövriyyəsinin həcmi isə 2021-ci ilin göstəricisi ilə müqayisədə 5 faiz artaraq 30,819 milyard manat olub.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar 86 milyard manat dəyərində məhsul istehsal ediblər ki, bu da öncəki ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,1 faiz az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti