...

Azərbaycanın sənaye parkları tərəfindən 1,8 milyard dollar dəyərində məhsul ixrac edilib

İqtisadiyyat Materials 17 Aprel 2023 20:52 (UTC +04:00)
Azərbaycanın sənaye parkları tərəfindən 1,8 milyard dollar dəyərində məhsul ixrac edilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şamaxı. Trend:

Bugünədək İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki sənaye parkları tərəfindən 1,8 milyard dollar dəyərində məhsul ixrac edilib.

Trend bazar ertəsi xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Elkiyar Ziyadov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib.

"Məhsullar bir sıra Avropa, Amerika, Asiya və Afrika ölkələrinə, o cümlədən Türkiyə, Gürcüstan, İtaliya, Niderland, Danimarka, Belçika, Albaniya, Almaniya, Avstriya, Böyük Britaniya, ABŞ, Kanada, Braziliya, Kolumbiya, Yaponiya, BƏƏ, Çin, Livan, İsrail, İordaniya, Tayvan, Hindistan, Misir və Nigeriyaya ixrac olunur", - E. Ziyadov deyib.

Onun sözlərinə görə, bütünlükdə sənaye parklarının qeydiyyatdan keçmiş rezidentlərinin sayı 127-dir və bunların 66-sı artıq fəaliyyətə başlayıb.

Ağdam Sənaye Parkından danışan E. Ziyadov bu gün sənaye parkının rezidentlərinin sayının 16, iş yerlərinin sayının 984, layihələr üzrə investisiyaların həcminin isə 64,78 milyon dollar olduğunu qeyd edib.

"Bu sənaye parkı çərçivəsində aşağıdakı işlər planlaşdırılır: elektrik yarımstansiyalarının, dörd paylama məntəqəsinin, 19 transformator məntəqəsinin tikintisi, içməli və texniki su təchizatı sisteminin, yağış və məişət-təsərrüfat tullantı suları sisteminin təşkili, yanğınsöndürmə sisteminin quraşdırılması, fiber-optik kabelin çəkilməsi, dörd nəzarət-buraxılış məntəqəsinin təşkili, perimetrin hasarlanması və daxili yolların tikintisi", - o deyib.

"Araz Vadisi İqtisadi Zona"sına gəlincə, sədr müavini sənaye parkında hazırda 4 rezidentin, 371 iş yerinin olduğunu, layihələr üzrə investisiyaların həcminin isə 15,3 milyon dollar təşkil etdiyini vurğulayıb.

"Bu sənaye parkı çərçivəsində aşağıdakı işlər planlaşdırılır: elektrik yarımstansiyalarının, paylama və transformator məntəqələrinin tikintisi, içməli və texniki su təchizatı sisteminin, yağış və məişət-təsərrüfat tullantı suları sisteminin təşkili, yanğınsöndürmə sisteminin quraşdırılması, fiber-optik kabelin çəkilməsi, nəzarət-buraxılış məntəqələrinin təşkili, daxili yolların tikintisi", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti