...

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

İqtisadiyyat Materials 18 Aprel 2023 20:20 (UTC +04:00)
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,6 faiz artaraq 2,608 milyard manat olub.

Trend bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitədən verilən məlumata görə, qeyd olunan dövrdə Azərbaycanda hüquqi şəxslər tərəfindən əhaliyə 1,98 milyard dəyərində xidmət göstərilib ki, bu da göstərilən xidmətlərin ümumi həcminin 75,9 faizini təşkil edir.

2023-cü ilin yanvar-mart aylarında adambaşına düşən ödənişli xidmətlərin həcmi orta hesabla 257,4 manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 47 manat çoxdur.

2023-cü ilin yanvar-fevral ayları, milyon manat ilə

2023/2022, %

Ödənişli xidmətlərin ümumi dəyəri:

2 608,1

111,6

Dövlət sektoru

554,8

112,5

Özəl sektor:

2 053,3

111,4

Bunların arasında fiziki şəxslər

627,8

107,5

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə 8 faiz artaraq 9,253 milyard manat təşkil edib. Qeyd olunan dövrdə hüquqi şəxslər tərəfindən əhaliyə 7,019 milyard dəyərində xidmət göstərilib ki, bu da göstərilən xidmətlərin ümumi həcminin 75,9 faizini təşkil edib.

2021-ci ildə isə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci illə müqayisədə 4,8 faiz artaraq 7,758 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti