...

Azərbaycan sənayesində dağ-mədən sektorunun payı azad olunmuş ərazilərin hesabına artır - Zakir İbrahimov

İqtisadiyyat Materials 5 May 2023 13:39 (UTC +04:00)
Azərbaycan sənayesində dağ-mədən sektorunun payı azad olunmuş ərazilərin hesabına artır - Zakir İbrahimov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dağ-mədən sektoru son onillik ərzində yüksək göstəricilər əldə edib.

Trend cümə günü xəbər verir ki, bunu "AzərGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, ölkənin dağ-mədən sənayesindəki proseslərdə ən müasir və təmiz texnologiyalar tətbiq olunur.

"Qarabağın işğaldan azad olunması bizə bu sektoru genişləndirməyə və möhkəmləndirməyə imkan verəcək. İşğaldan azad olunmuş bir sıra rayonlar istər qızıl, istərsə də mis və gümüş hasilatı sahələrində böyük potensiala malikdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərinin potensialı Azərbaycanın dağ-mədən sənayesində yeni səhifə açıb", - o deyib.

Z.İbrahimov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən yeni yataqların istismara verilməsi sənaye sahəsində dağ-mədən sektorunun payını artıracaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti