...

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar təqribən 60% artıb

İqtisadiyyat Materials 25 May 2023 09:16 (UTC +04:00)
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar təqribən 60% artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük daşımaları 735,5 min ton olub.

Trend-ə bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 58,6 faiz çoxdur.

Hava nəqliyyatı ilə sərnişin daşımaları 63,4 min nəfər olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 64,8 faiz azdır.

Bu zaman daşınmaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrin payına düşüb.

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 71,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 578,6 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin göstəricisindən 19,2 faiz çoxdur. Sərnişinlərin böyük hissəsi (87,1 faiz) avtonəqliyyatla, 12,4 faizi metropolitenlə, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti