...

Bu ilin 4 ayı ərzində Azərbaycanda ÜDM 40 milyard manat olub

İqtisadiyyat Materials 30 May 2023 14:12 (UTC +04:00)
Bu ilin 4 ayı ərzində Azərbaycanda ÜDM 40 milyard manat olub

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ilk dörd ayında ölkədə 40,0 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 22,7 milyard manatlıq ÜDM istehsal olunub.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,1 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ölkə iqtisadiyyatının əksər sahələrində, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, tikintidə 10,1 faiz və informasiya və rabitə sahəsində 12,1 faiz real artım, sənaye sahəsində isə neft hasilatının azalması ilə əlaqədar 2,6 faiz azalma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti