...

TDT-yə iqtisadi inteqrasiya edəcək Türk İnvestisiya Fondu quruldu

İqtisadiyyat Materials 31 May 2023 10:23 (UTC +04:00)
TDT-yə iqtisadi inteqrasiya edəcək Türk İnvestisiya Fondu quruldu

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) iqtisadi inteqrasiya edəcək Türk İnvestisiya Fondu (TYF) qurulub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, 30 may tarixində Azərbaycan razılığını bildirdikdən sonra fondun yaradılması üzv dövlətlər və Türk Dövlətləri Təşkilatı rəhbərliyi tərəfindən təsdiqlənib.

Bildirək ki, fondun məqsədi regional iqtisadi inkişafı təşviq etmək, regional ticarəti genişləndirmək və iqtisadi inkişafa dəstək verməkdir.

Türk İnvestisiya Fondunun kapitalı birinci mərhələdə 500 milyon dollar olub.

Qeyd edək ki, fondda beş ölkə bərabər paya malikdir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın qatılımı ilə həyata keçirilən layihənin üzvlərinin sayına qarşıdan gələn dövrdə daha dörd ölkə əlavə olunacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında təşkil edilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında atılan ən mühüm addımlardan birinin Türk İnvestisiya Fondunun yaradılması olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti