...

EY və Böyük Britaniyanın Ticarət palatası nüfuzlu Robin Bennett mükafatının qalibini açıqlayıblar (FOTO)

İqtisadiyyat Materials 31 May 2023 12:09 (UTC +04:00)
EY və Böyük Britaniyanın Ticarət palatası nüfuzlu Robin Bennett mükafatının qalibini açıqlayıblar (FOTO)

Bakı. Trend:

EY Azərbaycan, Bakı, 31 may 2023-cü il – EY və Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası (“BCCA”) Azərbaycan-Britaniya əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verən şəxslərin səylərini tanıyan nüfuzlu Robin Bennett mükafatının builki qalibini açıqlayıb. Qalib İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin də iştirak etdiyi BCCA-nın hər ay keçirilən iclası zamanı elan edilib.

Bu dəfə Azərbaycanda 4 günlük rəsmi səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson mükafata layiq görülüb.

Mükafatı qalibə təqdim edən BCCA sədri Con Patterson bildirib: “Şadam ki, illər ərzində biz işgüzar aləmdə və cəmiyyətdə fərqlilik yaradan şəxslərə ehtiram göstəririk. Bu il mükafat öz karyerasını ölkələr arasında körpülərin salınmasına həsr etmiş, Britaniya və Avropa Parlamentlərinin üzvü, habelə Britaniya hökumətinin ticarət üzrə təmsilçisi qismində seçicilərinin həyatlarında həqiqətən də fərqlilik yarada bilən bir şəxsə təqdim edilir. Baronessa Emma Nikolsonun bugünkü tədbirdə şəxsi iştirakı bizim üçün böyük şərəfdir”.

EY Azərbaycan şirkətini tədbirdə təmsil edən, Audit üzrə partnyor Turqay Teymurov bunları bildirib: “EY-ın məqsədi daha yaxşı iş dünyası qurmaqdır. Bu mükafat biznes icması, habelə ətrafdakı insanlar üçün daha yaxşı işgüzar mühit yaratmaq üçün daim çalışan şəxslərin nailiyyətlərini tanıyır. Səmimiyyətlə inanırıq ki, Baronessa Nikolson bütün karyerası boyu məhz bu məqsədlərə xidmət edib”.

Tədbirin sponsorlarından biri olan EY şirkəti Azərbaycan-Britaniya əlaqələrinin inkişafı istiqamətində təşəbbüsləri daim dəstəkləyir. Robin Bennett mükafatı EY Azərbaycan şirkəti tərəfindən Azərbaycanda “British Business Group”un təsisçilərindən biri olan Robin Bennett OBE (1942-2011) xatirəsinə həsr edilir. Robin Bennett EY şirkətinin Bakı ofisində İdarəedici partnyor vəzifəsində çalışmış və olduqca uğurlu və uzunmüddətli karyera qura bilmişdir.

EY haqqında

EY şirkəti audit, konsaltinq, hüquq, strategiya, vergi və əməliyyatlar sahəsində qlobal liderdir. Dərin biliklərimiz və xidmətlərimizin yüksək keyfiyyəti bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Maraqlı tərəflərə verdiyimiz vədlərin yerinə yetirilməsini təmin edən komanda toplamaq üçün güclü liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyət üçün daha yaxşı iş dünyasının qurulmasına töhfə veririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti