...

Dövlət Proqramı Naxçıvan əhalisinin sosial təminatına necə təsir edəcək?

İqtisadiyyat Materials 6 İyun 2023 12:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Bu sərəncam Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bu gün nəzərdə tutulan gələcəkdə açılacaq Zəngəzu dəhlizi Naxçıvan Muxtar Respublikası üçün unikal şərait yaradır.

"Naxçıvanın coğrafi mövqeyi geniş iqtisadi, siyasi həm də sosial imkanlar açmağa imkanlar verir. Qəbul edilən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı yeni dövrün gələcək iqtisadi inkişaf çağırışlarına cavab verir. Naxçıvandan Türkiyəyə yeni enerji xəttinin çəkilməsi bu alternativ və yaşıl enerjinin ixrac imkanlarını artıracaq. Dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi və şaxələndirilməsi gələcəkdə qlobal şəraitdə şərq-qərb istiqaməti üzrə Zəngəzur dəhlizinin Naxçıvan hissəsində geniş qovşaq yaradılacaq."

Ekspert qeyd edib ki, gələcəkdə Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması da aktuallaşa bilər. Naxçıvanın üç ölkəylə həmsərhəd olması turizm imkanlarını da genişləndirir.

"Bu proqramın icrası zamanı biz indiyə qədər Naxçıvanda müşahidə etmədiyimiz iqtisadi inkişaf, sahibkarlığın, turizmin, nəqliyyatın inkişafı, yeni iş yerlərinin açılması, sosial infrastrukturun daha da genişləndirilməsi, sosial layihələrin artmasının müşahidə edəcəyik. Naxçıvana qrant layihələrinin ayrılması vətəndaş cəmiyyəti institutlarının da inkişaf etməsinə, möhkəmlənməsinə dəstək olacaq. İndiyədək Naxçıvanda müasir dövrün tələblərinə, çağırışlarına cavab verməyən layihələr həyata keçirilirdi. Lakin bu proqram yeni bir yanaşmadır. Proqram Naxçıvan əhalisinin sosial təminatı üçün çox təsirli əhəmiyyəti olacaq."

Eyyub Kərimli bildirib ki, proqramda Türkiyədən Naxçıvan qaz xəttinin çəkilməsinin nəzərdə tutulması əhalinin dayanıqlı, təhlükəsiz və alternativ qaz təminatını həyata keçirdəcək.

"Bu həm də gələcəkdə sahibkarlığın, sənayenin və enerji istehsalında mühüm amil kimi çıxış edəcək", - deyə E.Kərimli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti