...

Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 20 İyun 2023 11:07 (UTC +04:00)

Bakı. Trend:

Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 2 milyon 649 min 270 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 6 milyon 305 min 991 ton yük çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları ümumilikdə 35 milyon 489 min 337 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında isə Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti