...

Ödəniş operatoru müştərilər arasında ayrı-seçkiliyə yol verə bilməyəcək

İqtisadiyyat Materials 22 İyun 2023 10:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Odəniş operatoru ödəniş sisteminə dair qaydalarında ödəniş sistemi iştirakçıları arasında ayrı-seçkiliyə yol verməməli, ödəniş sistemində yarana biləcək risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemində iştiraka mane olmamalıdır.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Ödəniş sisteminə dair qaydalarda ödəniş sistemi iştirakçılarına qarşı aşağıdakı tələblər irəli sürülə bilməz:

Digər ödəniş sistemlərində iştirakın məhdudlaşdırılması;
Ödəniş sistemində ödəniş sistemi iştirakçılarının hüquq və öhdəliklərinə münasibətdə onlar arasında hər hansı fərqli şərtlərin müəyyən edilməsi;

Ödəniş xidməti təchizatçısının növündən asılı olaraq məhdudiyyətlər.

Xəbər lenti

Xəbər lenti