...

İlin ilk 5 ayında Almaniyadan Türkiyə limanlarına 800 min tona yaxın yük daşınıb

İqtisadiyyat Materials 30 İyun 2023 12:31 (UTC +04:00)
İlin ilk 5 ayında Almaniyadan Türkiyə limanlarına 800 min tona yaxın yük daşınıb

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Almaniyadan Türkiyə limanlarına 793 min 254 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Almaniyadan limanlara 10 min 303 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 782 min 145 ton yük çatdırıb.

Bu müddət ərzində Almaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 806 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına Almaniyadan 76 min 42 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti