...

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

İqtisadiyyat Materials 14 İyul 2023 03:55 (UTC +04:00)
Qeyri-neft-qaz məhsullarının ixracı artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1465,8 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,7 faiz),

Rusiyaya (27,6 faiz), Gürcüstana (11,0 faiz), İsveçrəyə (3,6 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,2

faiz), İtaliyaya (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Özbəkistana (1,3 faiz), Belçikaya (1,3 faiz), Rumıniyaya (1,2

faiz), Çinə (1,1 faiz) və Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti