...

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

İqtisadiyyat Materials 15 İyul 2023 15:39 (UTC +04:00)
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,1 faiz artaraq 5 milyard 328,1 milyon manat olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 991,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,9 faizini təşkil edib.

Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 525,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 108,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti