Bakı.Trend:
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüş keçirilib.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "Twitter" səhifəsində bildirib.
O qeyd edib ki, görüşdə sığorta sektorunun inkişaf məsələləri, qarşıda duran başlıca strateji prioritetlər və yeniliklər, xüsusilə də sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar hazırkı vəziyyət və onun gücləndirilməsi istiqamətləri barədə geniş müzakirələr aparılıb.