...

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

İqtisadiyyat Materials 16 Avqust 2023 11:55 (UTC +04:00)
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6% artaraq 3713,4 milyon manata çatıb.

Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3033,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 81,7%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti