Bakı. Trend:
“HONOR” “IFA 2023” sərgisində ilk dəfə özünün qatlanan “HONOR Magic V2” flaqman smartfonunu qlobal bir tədbirdə nümayiş etdirib. Bu, “HONOR”un qatlanan smartfonlarla bağlı baxışlarını mükəmməl bir şəkildə ortaya qoyur və forma faktoru, batareya, ekran və istifadəçi təcrübəsi aspektləri kimi mövzularda mühüm təkmilləşdirmələrlə sektorun kriteriyalarını yenidən müəyyən edir.
“HONOR Magic V2”, “HONOR”un bu günə qədər təqdim etdiyi ən yüngül və ən incə daxilə qatlana bilən smartfondur, çəkisi cəmi 231 qramdır, qatlananda cəmi 9,9 mm qalınlığındadır. Cihaz incə və yüngül qatlana bilən flaqman korpusu sahəsində yerləşən 5000mAh-a qədər yüksək tutuma malik qalınlığı orta hesabla 2,72 millimetr olan yeni nəsil silikon-karbon- cüt batareya xüsusiyyətinə sahibdir.
İncəlik və yüngül çəkiyə əlavə olaraq “HONOR Magic V2” öz növündə ilk olan super-yüngül titan şarnir və şarnir mexanizminə əlavə möhkəmlik və davamlılıq təmin edən “HONOR”un təsdiqlənmiş poladına sahibdir. “HONOR Magic V2” şarnir 400 000 qatlanmaya tab gətirdiyi, gündə 100 dəfə qatlanmaqla 10 ilə qədər istifadə müddətini təmin etdiyi üçün SGS-in arzulanan dayanıqlılıq sertifikatını da qazanıb.
“HONOR Magic V2”in ultra incə qatlana bilən korpusu sizin yaradıcılıq imkanlarınızı xeyli genişləndirən üçlü kameraya malikdir: 50MP Əsas Kamera (f/1.9), 50MP Ultra Geniş Kamera (f/2.0) və 20MP Telefoto Kamera (f/2.4) daxil olmaqla üçlü arxa kamera qurğusuna malikdir. Ön tərəfə baxan ikili kamera qurğusunda iki ədəd 16MP kamera (f/2.2) var.
Özündə insanlara yönəlmiş innovasiyaları cəmləşdirən “HONOR Magic V2” həmçinin öz sahəsində lider olan, hətta uzun müddət istifadə zamanı rahat baxışı təmin edərək göz yorğunluğunu minimuma endirən 3840Hz PWM “Dimming technology”ni (Qaralma texnologiyasını) dəstəkləyir.
“HONOR Magic V2” həmçinin üzən rejimdə çəkiliş və şəxsi və iş məkanını ayırmaq üçün Paralel Məkan, eləcə də eyni vaxtda iki məkanda tətbiqlərdən müstəqil istifadə etmək imkanı kimi təkmilləşdirilmiş istifadəçi təcrübəsini təmin edən yeni funksiyalara malikdir.