...

Azərbaycanda vahid bəyannamə sistemi tətbiq ediləcək

İqtisadiyyat Materials 7 Sentyabr 2023 16:41 (UTC +04:00)
Azərbaycanda vahid bəyannamə sistemi tətbiq ediləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin müxtəlif qurumların məlumat bazaları əsasında doldurulmasını və vergi ödəyicisinə təqdim edilməsini planlaşdırır.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

N. Vahabzadənin sözlərinə görə, bütün bunlar atılacaq innovativ addımlar çərçivəsində mümkün olacaq:

“Ölkə üzrə bir çox dövlət qurumlarının, həmçinin Dövlət Vergi Xidmətinin məlumat bazaları çox genişdir. Biz məhz bu bazalar əsasında vahid bəyannaməni özümüz doldurmağı planlaşdırırıq. Bu zaman vergi ödəyicisi mühasibdən istifadə etməmək kimi işlərə sərf edəcəyi vaxta qənaət edəcək”.

O qeyd edib ki, bu, həm də vergi ödəyicisin maliyyə xərclərini azaldacaq:

“Həmçinin, bizdə olan məlumatlar daha dəqiqdir. Vergi ödəyicisi məlumatları mütəmadi olaraq görəcək və orada hər hansı dəyişiklik varsa onu dəyişməyə məcburdur. Xidmət daha tez məlumat əldə edəcək və nəticədə vergi ödəyicisi də çətinliyə düşməyəcək, xidmət mərkəzlərinə kütləvi müraciətlər azalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti