Bakı. Trend:
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Trend xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,71% və ya 0,68 dollar artaraq, 96,43 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları olub. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.