Bakı. Trend:
2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin Güllük limanı 3 milyon 953 min 418 ton yük qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Güllük limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 579 min 570 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 373 min 848 ton yük daşınıb.
“2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin Güllük limanından heç tranzit yük aşırılmayıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 371 min 122 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 31 milyon 3 min 156 ton olub.
Bununla yanaşı, 2023-cü ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 532 min 586 ton tranzit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 260 milyon 582 min 661 ton yük qəbul edib.
2023-cü ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 19 milyon 335 min 755 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 241 milyon 246 min 906 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 46 milyon 593 min 524 ton tranzit yük daşınıb.