...

Metallurgiya sənayesində 693 milyon manatlıq məhsul istehsal olunub

İqtisadiyyat Materials 25 Sentyabr 2023 03:34 (UTC +04:00)

Bakı. Trend:

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-avqust aylarında 693 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 17 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 30,7 faiz azalma müşahidə edilib.

2023-сü ilin yanvar-avqust aylarında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan digər məmulatların istehsalı 56,7 faiz artıb, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 22,9 faiz, armatur istehsalı isə 32,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti