...

Ermənistanın Qərbi Azərbaycandakı soydaşlarımıza vurduğu zərərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Sentyabr 2023 12:15 (UTC +04:00)
Ermənistanın Qərbi Azərbaycandakı soydaşlarımıza vurduğu zərərin həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycandan deportasiya zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub.

Trend-in məlumatına görə, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan bütün şəxslər və bütün xalqlar Stalinin ölümündən sonra respublika Ali Məhkəmələrinin qərarları ilə bəraət alsalar da, təkcə 1948-1953-cü illər deportasiyasından zərər çəkən Qərbi Azərbaycanlılara hüquqi müstəvidə bəraət verilmədi, deportasiya olunanların və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmadı.

"1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi. Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarət aldı, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu".

Ə.Ələkbərli vurğulayıb ki, yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar: "Mənəvi zərəri isə heç bir məbləğlə əvəz etmək olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti