...

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

İqtisadiyyat Materials 26 Sentyabr 2023 09:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724.2 milyon manat xalis mənfəət əldə edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22.9% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589.4 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25.2% artaraq 1064 milyon manata bərabər olub.

2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

Xəbər lenti

Xəbər lenti