...

Əhalinin banklara nə qədər borcu var?

İqtisadiyyat Materials 26 Sentyabr 2023 09:55 (UTC +04:00)
Əhalinin banklara nə qədər borcu var?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq 21 milyard 814.2 mln. manata yüksəlib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, kredit portfelinin strukturunun 54.2%-i (11,821.8 mln. manat) biznes kreditlərinin, 29.9%-i (6,532.5 mln. manat) istehlak kreditlərinin, 15.9%-i (3,459.9 mln. manat) isə ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 mln. manat, istehlak kreditləri 156.5 mln. manat, ipoteka kreditləri isə 86.6 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti