Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 301,6 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 23,5 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 6,7 faiz, geyim istehsalında isə 13,6 faiz azalma müşahidə olunub.