...

Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixrac mənbəyinə də çevriləcək - Pərviz Şahbazov

İqtisadiyyat Materials 29 Sentyabr 2023 10:23 (UTC +04:00)
Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixrac mənbəyinə də çevriləcək - Pərviz Şahbazov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.

Nazir əlavə edib ki, Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixracının da mənbəyinə çevriləcək:

“Proseslərə yalnız Azərbaycan və Türkiyə deyil, bütün maraqlı tərəflərin cəlbi bu imkanları reallığa çevirmək üçün fürsətlər yaradır”.

Onun sözlərinə görə, bu fürsətlər dəyərləndirilərsə, 2027-ci ilədək Naxçıvanda birgə nailiyyətlərə imza atılacaq.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti