...

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 87,2 faiz olub

İqtisadiyyat Materials 7 Oktyabr 2023 07:43 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 38,2 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Trend-ə bildirilib ki, sənaye məhsulunun 79,8 faizi mədənçıxarma, 17,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 87,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,9 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-i vəziyyətinə görə 365,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 51,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti