...

"Xalq Bank" III rübün yekunlarını elan etdi

İqtisadiyyat Materials 12 Oktyabr 2023 16:21 (UTC +04:00)
"Xalq Bank" III rübün yekunlarını elan etdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin III rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 2 985.7 mln manat, kredit portfelinin həcmi 17.6% artaraq 1 886.0 mln manat təşkil edib. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 141.7 mln manat təşkil edib ki, bu da 2022-ci ilin III rüb göstəriciləri ilə müqayisədə 20.4%, yəni 363.2 mln manat çoxdur.

2023-cü ilin III rübünün sonuna Bankın xalis mənfəəti 53.7 mln. manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 41.5%, faiz gəlirləri isə 43.7% artıb. Hesabat dövrünə Bankın cəmi kapitalı 502.5 mln manat təşkil edib.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlayıb.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,
https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin
müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti