...

2023-cü ilin sonunda orta illik inflyasiya nə qədər olacaq?

İqtisadiyyat Materials 13 Oktyabr 2023 10:03 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclasında deyilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.

"İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti