...

Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar axtarır

İqtisadiyyat Materials 26 Oktyabr 2023 10:04 (UTC +04:00)

Bakı. Trend:

Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar axtarır.

İş barədə məlumat:

  • pul vəsaitlərinin qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
  • əmək haqqı və mükafatların verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya əsasən dövlət bank idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır;
  • mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Təhsil : Ali (iqtisadiyyat sahəsi)

• Təcrübə: Minimum 3 il təcrübə

• Yaş : 25 – 45

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 15.11.2023-cü il tarixinədək göndərə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti