...

Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatı nə yerdədir? - AÇIQLAMA

İqtisadiyyat Materials 30 Oktyabr 2023 16:34 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatında heç bir problem yoxdur.

Bu barədə Trend-ə "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda Füzuli şəhərinin xarici su təchizat sistemləri qurulur.

"Burada mənbə, mənbədən şəhərə magistral kəmərin çəkilməsi, mənbədə anbarın tikintisi layihəsi icra olunur", - deyə o qeyd edib.

Qeyd edək ki, bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti