...

Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma 40%-dən çox artıb

İqtisadiyyat Materials 7 Noyabr 2023 13:17 (UTC +04:00)
Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma 40%-dən çox artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Sumqayıt-Bakı sürətli sərnişin qatarları ilə daşınan sərnişinlərin sayı məlum olub.

Trend “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir ki, 4 milyon 686 min 373 nəfər daşınıb.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41 % çoxdur.

Bundan başqa, hesabat dövründə səhmdar cəmiyyəti paytaxtdan regionlara və əks istiqamətdə 229 min 322 nəfər (31 % çox) sərnişin daşıyıb, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar beynəlxalq daşımlar isə həyata keçirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti