Bakı. Trend:
BMT Baş Katibinin DİM-lər üzrə son hesabatına əsasən, 2030 Gündəliyinin icrasının başa çatmasına 7 il qalmasına baxmayaraq, dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir, hətta bəzi hədəflər üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza göstəricisindən aşağı səviyyədədir.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.
"2023-cü il DİM hesabatında qeyd olunduğu kimi, bu gün hədəflərin yalnız 15 faizi müvəffəqiyyətlə icra olunur. DİM-lərə nail olunması istiqamətində səylərin gücləndirilməsi üçün bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi, ömürboyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə də “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə əsas tövsiyələr sırasındadır", - nazir qeyd edib.