...

Daha 10 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Materials 15 Noyabr 2023 20:02 (UTC +04:00)
Daha 10 nəqliyyat vasitəsi özəlləşdirildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda Rusiya istehsalı olan 10 nəqliyyat vasitəsi satılıb.

Trend quruma istinadən xəbər verir ki, özəlləşdirilmiş nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36c5uP linki vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti