...

Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək

İqtisadiyyat Materials 19 Noyabr 2023 01:48 (UTC +04:00)
Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək

Bakı. Trend:

Noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri-Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, biznes-forumda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcəklər.

B. Atdayev qeyd edib ki, biznes-forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Hökumətlərarası Komissiyanın iclası çərçivəsində müvafiq sənədlərin imzalanması da gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti