...

Azərbaycan və Türkmənistan enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2023 14:17 (UTC +04:00)
Azərbaycan və Türkmənistan enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində Prezident Sərdar Berdiməhəmmədovla görüşüb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

“Azərbaycan Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasını keçirdik. Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük.

Azərbaycan və Türkmənistan dövlət başçılarının siyasi iradəsi və münasibətlərin inkişafına verdikləri önəm tərəfdaşlığın genişlənməsində əsas hərəkətverici qüvvədir. Türkmənistana işgüzar səfər çərçivəsində Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq və əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsi üçün imkanları nəzərdən keçirdik", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti