...

Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 1 Dekabr 2023 09:42 (UTC +04:00)
Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, cari ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq, Avropadan gələnlərin sayındakı artım davam edib.

"Belə ki, həmin dövrdə ölkəmizə gələn turistlərin sayı 30.3 faiz artsa da, avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib. Bu arada körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.

Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq, 692,6 min nəfərə çatıb.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər.

Bu baxımdan, gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti