...

Milli Məclisə ayrılan vəsait açıqlandı

İqtisadiyyat Materials 5 Dekabr 2023 12:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 51 171 550 manat olacaq.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Əməyin ödənişinə 38 248 130 manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 10 733 420 manat, sosial ödənişlərə 340 000 manat, qeyri-maliyyə aktivlərinə 1 850 000 manat ayrılması nəzərdə tutulur.

Malların (işlərin və xidmətlərin) satın alınması bölməsində xarici ezamiyyələr üçün xərcin məbləği 2 100 000 manat proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti