...

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

İqtisadiyyat Materials 19 Dekabr 2023 14:03 (UTC +04:00)

Bakı. Trend:

2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə min 780 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 411 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 99 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyədə 93 min 514 mənzil satın alınıb ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 20,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyədə 1 milyon 87 min 349 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 342 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,5 faiz azdır.

Eyni ilin yanvar-noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 32 min 941 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti