...

Ötənilki sığorta yığımlarının həcminə görə Azərbaycanın ilk 10 sığorta şirkətinin adları açıqlandı

İqtisadiyyat Materials 2 Fevral 2024 15:59 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanın 10 aparıcı sığorta şirkətinin toplam yığımları 1,124 milyard manat və ya sığorta yığımlarının ümumi həcminin 91,99 faizini təşkil edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Hesabat dövründə sığorta yığımlarının həcminə görə renkinqə "PAŞA Həyat Sığorta" şirkəti rəhbərlik edib. Belə ki, 2023-cü ildə şirkətin yığımları 517,466 milyon manat olmaqla ümumi yığımların 42,33 faizini təşkil edib.

Renkinqdə ikinci yeri sığorta yığımlarının ümumi həcmi 293,09 milyon manat dəyərində (bütün yığımların 23,97 faizi) sığorta yığımları ilə "PAŞA Sığorta", üçüncü yeri isə 71,584 milyon manat dəyərində (bütün yığımların 5,86 faizi) sığorta yığımları ilə "Atəşgah Həyat" sığorta şirkəti tutub.

2023-cü ildə Azərbaycanın bütün sığorta şirkətlərinin ümumi yığımları 1,222 milyard manat olub.

Sığorta şirkətinin adı Yığımlar (manatla) Bazarda yığımların həcminə görə Renkinqdə yeri
"PAŞA Həyat Sığorta" ASC 517 466 656 42,33% 1
"PAŞA Sığorta" ASC 293 090 570 23,97% 2
"Atəşgah Həyat" sığorta şirkəti ASC 71 584 057 5,86% 3
"Qala Sığorta" ASC 64 355 801 5,26% 4
"Atəşgah" sığorta şirkəti ASC 44 865 766 3,67% 5
“Meqa Sığorta” ASC 33 855 722 2,77% 6
"Dövlət Sığorta Şirkəti" 28 860 678 2,36% 7
"Qala Həyat" Sığorta Şirkəti ASC 25 357 101 2,07% 8
"Xalq Sığorta" ASC 24 072 939 1,97% 9
"A-Qrup Sığorta Şirkəti" ASC 21 117 221 1,73% 10
CƏMİ 1 124 626 511 91,99% -

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın aparıcı 10 sığorta şirkətinin toplam yığımları 881,805 milyon manat olmaqla, sığorta yığımlarının ümumi həcminin ( 970,823 milyon manat) 90,83 faizini təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti