...

Azərbaycanda problemli kreditlərin məbləği azalıb

İqtisadiyyat Materials 27 Fevral 2024 15:55 (UTC +04:00)
Azərbaycanda problemli kreditlərin məbləği azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 454,1 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, yanvarın 1-i ilə müqayisədə 3,7% çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 22,2% azalıb.

Bu il yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9% təşkil edib. Bu nisbət ötən il dekabrın sonuna 1,8%, ötən il yanvarın sonuna isə 2,9% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti