Bakı. Trend:
Azərbaycan 2023-cü ildə 814,803 min sement klinkeri ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 13,9 faiz çoxdur.
Trend Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ixrac edilmiş sement klinkerinin dəyəri 46 milyon dollar məbləğində qiymətləndirilir.
Statistikaya əsasən, ixrac edilmiş məhsul bütünlüklə Gürcüstana tədarük edilib.