...

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci azaldıb

İqtisadiyyat Materials 20 Mart 2024 17:10 (UTC +04:00)
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci azaldıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 993 ton süd və qaymaq idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 3 milyon 151 min ABŞ dolları olub.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 103 ton (5,4 %) çox, dəyər baxımından isə 1 milyon 105 min ABŞ dolları (25,9 %) azdır.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti