...

Ötən il 156,8 milyon manat səmərəsiz xərclərə yol verilib

İqtisadiyyat Materials 8 Aprel 2024 11:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Başa çatdırılmış səmərəlilik auditləri və digər auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən olunub.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.

Belə ki, 1,1 mln. manat yararlılıq müddəti bitmiş və ya bitməyə az qalmış dərman və digər tibbi vasitələrin alınmasına, 42 mln. manat istifadəsiz qalmış avadanlıq və ya mallara, 24,6 mln. manat ehtiyac olmadığı halda fəaliyyətin və ya satınalmanın keçirilməsinə və s. xərclənib.

Naxçıvanda auditlər zamanı nəzarət obyektlərində işçilərlə hesablaşmalar prosesində əməkhaqqının ödənilməsi üzrə bir sıra uyğunsuzluqlar müəyyən edilib. Belə ki, ixtisas dərəcəsinin verilməsi zamanı qanunvericiliyin tələbləri nəzərə alınmayıb, işçilərə artıq mükafat verilib, iş saatlarından əlavə saatlarda işləməyə görə səhv hesablamalar aparılıb, həmçinin, əməkhaqqı ilə bağlı tutulmalar düzgün icra edilməyib.

Xəbər lenti

Xəbər lenti