...

Yanvar-mart aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı azalıb

İqtisadiyyat Materials 11 Aprel 2024 15:56 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalaraq, 39,3 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Gürcüstana 12,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 40,6 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 9,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 35,5 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti